Arvadının iş yoldaşı ilə intim əlaqəsindən şübhələnən ər onu bıçaqladı – VİDEO – FOTO
İstanbulda bilinməyən səbəbdən mübahisə edən monqol əsilli ər-arvad bir-birini bıçaqlayıb.
ARANTV.AZ milli.az-a istinadən xəbər verir ki, 34 yaşlı qadın Sarantuya Tsendsuren olay yerində ölsə də, əri Turbadrakh Masblai (42) çatdırıldığı xəstəxanada ölüm-qalım mübarizəsi aparır.
Qanlı hadisə dünən axşam, saat 20:00 radələrində qeydə alınıb.
Qeyd edək ki, ər-arvadın təxminən 3 həftə öncə hazırkı mənzili kirayələdikləri və burada 5 nəfər yaşadıqları məlum olub. Qanlı olay zamanı onların çığırtı səsini eşidən qonşular dərhal polisə və təcili yardıma xəbər veriblər.
Polisin araşdırması zamanı ərin arvadının iş yerindəki kişilərlə münasibətindən şübhələndiyini və cinayətin də məs bu səbəbdən baş verdiyi üzə çıxıb.

