Siyasət 

Lavrov və Çavuşoğlu Dağlıq Qarabağ problemindən danışdılar

Rusiyanın XİN rəhbəri Sergey Lavrov Türkiyəyə səfər edib.

ARANTV.AZ xəbər verir ki, səfər çərçivəsində Lavrov türk həmkarı Mevlud Çavuşoğlu ilə görüşüb.

Nazirlərin görüşündə xarici siyasət sahəsində strateji əməkdaşlığın daha da inkişaf etdirilməsi barədə razılıq əldə edilib. Eyni zamanda Lavrov qeyd edib ki, Moskva Ankaranın Rusiya əleyhinə sanksiyalara qoşulmama addımını qiymətləndirir.

Bununla yanaşı nazirlər Dağlıq Qarabağ münaqişəsindən də danışıblar. XİN başçıları Dağlıq Qarabağ problemi də daxil olmaqla, bir sıra münaqişələrin sülh yolu ilə həllinə dair ümumi yanaşmaları müzakirə ediblər.


Ölkə.Az

 

Daha çox xəbərlər

Leave a Comment