Dünya 

İranda tayfalar arasında dava: ölən və yaralanan var

İranın cənub-şərqində yerləşən Sistan və Bəluçestan vilayətinin Zehək rayonunun kəndlərindən birində iki tayfa arasında dava baş verib.

ARANTV.AZ trend-ə istinadən xəbər verir ki, bunu İranın Sistan və Bəluçestan vilayətinin hüquq-mühafizə orqanının rəisi Məhəmməd Qənbəri deyib.

M.Qənbərinin sözlərinə görə, ov tüfəngi ilə açılan atəş nəticəsində 1 nəfər ölüb, 6 nəfər yaralanıb.

Hadisə ilə əlaqədar 7 nəfər saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Daha çox xəbərlər