Azərbaycan xalqı hər zaman nəyin doğru, nəyin yalnış olduğunu anlayan, zamanında doğru qərarını verən yenilməz bir xalqdır.
15 oktyabr 2003-cü ildə xalq səs verdi, səsini qatdı sərrast danışıqlı İlham Əliyevin uca, məğrur, gur səsinə haqqın təntənəsinə. Səs verdi nurlu sabaha ,səs verdi Lələtəpə zəfərli qürurlu sabaha. Bəli 2003-cü il səs verdik Şuşalı, İravanlı, Zəngəzurlu sabaha, səs verdik Ulu Öndər Heydər oğluna Vətən sevinsin deyə xalq, millət doğru seçimini etdi. Ən doğru seçimiylə şanlı millət, məğrur xalq bu dövləti, bu taxtı qüdrətli, yenilməz, dönməz liderinə İlham Əliyevə tapşırdı. Seçildi, sevildi Ulu Öndır yolunun layiqli davamçısı olduğunu xalqına, millətinə, bütün dünyaya göstərdi, yüksək liderlik bacarığını bir daha sübut etdi. Sübut etdi ki, yalnız tərəfdarlarını, xalqı arxasınca aparan rəhbər lider deyil, lider həmdə tarix yazan ,tarixin yazdığı və tarixin gedişatına həlledici təsir göstərə bilən şəxsiyyətdir. Seçildi və strateji hədəfləri reallığa çevirməklə möcüzə yaratdı. Dövlətçilik tarixini davamlı edən, ardıcıllığını qoruyan, onu yaradan, əslində böyük dövlət xadimləri, tarixi şəxsiyyətlər olurlar. Məğrur xalq doğru seçimini edərək müasir dövlətçilik tariximizdə bütün uğurların başında sözün əsil mənasında böyük dövlət xadimi, böyük tarixi şəxsiyyət kimi İlham Əliyevi görərək özünə rəhbər, özünə lider seçdi. Xalqın seçdiyi lider də öz andında, əməlində, doğru siyasətində, mövcud qlobal və milli çağrışlar konteksində ikili standartların mövcud olduğu dünya nizamında rəngli inqilablar erasında, əslində bir möcüzə olaraq möcüzə yarada bildi. Ali Baş Komandan hələ də dərk edilməsi çətin olan tarixi zəfərə imza atdı. İlham Əliyev böyük siyasətçi, hadisələri dəqiq qiymətləndirən, mühüm məsələləri elmi cəhətdən əsaslandırılmış həll yollarını təqdim edən ,verdiyi bütün vədləri gerçəkləşdirən tarixi şəxsiyyət, ensiklopedik biliyə malik diplomat olduğunu bir daha sübut etdi. Xalqının seçdiyi Cənab İlham Əliyevin həyata keçirdiyi dövlət siyasətinin mərkəzində daim Azərbaycan vətəndaşlarının rifahı, mənafeyi dayanıb. Sistemli, çoxşaxəli və kompleks xarakterli islahatlar nəticəsində Azərbaycan Respublikasının milli gücü artır, bu isə xalqının güvənib seçdiyi cənab Prezdentin siyasi iradəsidir. Prezident İlham Əliyevin həyata keçirtdiyi milli maraqlara əsaslanan xarici siyasəti nəticəsində Azərbaycan regionun ən güclü, ən yüksək beynəlxalq nüfuza malik olan dövlətinə çevrilmişdir. Bütün sahələrdə möhtəşəm qələbənin memarı olan cənab Prezident Azərbaycanın ərazi bütövlüyünü bərpa edən lider, tarixi şəxsiyyət kimi adını əbədi tarixə yazdırdı, xalqın qəhrəmanlıq səlnaməsini yaratdı, 44 günlük Vətən müharibəsinin əsl əfsanəvi qəhrəmanı, tarix yazan, tarix yaradan, tarixin özü, xalqına möcüzələr yaşadaraq möcüzəyə çevrildi. Həm Azərbaycan xalqının öz ərazi bütövlüyünü, həm də tarixi ədaləti bərpa edən əslində nəinki Azərbaycanda ,bütövlükdə cənubi Qafqazda tamamilə fərqli və yeni bir eranın başlanğıcını yaradan dahilər sırasına adını yazdıra bildi. Cənab İlham Əliyev Azərbaycan xalqını məğlub edilmiş xalq statusunda təqdim edilməkdən qurtararaq qalib xalq statusu əldə etdirdi. Azərbaycanı milli birliyin və bərabərliyin simvoluna çevirdi. Müzəffər Ali Baş Komandan diplomatiyanın və siyasətin mümkün etdiyi ən mahir incəliklə mürəkkəb prosesləri idarə etməyi ,qələbəmizi diplomatik-siyasi müstəvidə də möhkəmləndirməyi bacardı. Xalqımız hələdə bu qələbə əhval-ruhiyəsini böyük coşqu ilə yaşayır. Dünya arenasında özünün, sözünün qətiyyəti ilə seçilən fəxrimiz, qürurumuz Cənab İlham Əliyev ən doğru zamanda ən doğru qərarı qəbul etməklə xalqımızın qələbəsini təmin etdi. Diplomatik, siyasi və hərbi müstəvidəki qələbələrlə qalibiyyətimizin simvolu adını Qarabağ Fatehi kimi tariximizə qızıl hərflərlə yazdırıb müzəffər sərkərdə oldu.
Allah bütün şəhidlərimizə rəhmət, qazilərimizə şəfa, Ali Baş Komandana can sağlığı, xalqımıza uğurlu sabahlar nəsib etsin.
Elşad Məmmədov – Qaradəmirçi kənd tam orta məktəbin direktoru