Cəmiyyət 

“Uşağı təhvil verərkən həmin qadına “mama” deyirdi…” – İtkin düşən Zəhra Zaurun verilişində FOTO-

Xəbər verdiyimiz kimi, 3 gündür naməlum şəkildə itkin düşən Zəhra ötən gün metro yaxınlığında tapılıb.

ARANTV.AZ  xəbər verir ki, tapıldıqdan sonra Zəhra atası Rəsul Hüseynovla birlikdə Atv-nin efirində yayımlanan “Bizimləsən” proqramının qonağı olublar. İlk öncə atası polis əməkdaşlarına təşəkkür edib və yaxalanan qadının istintaq prosesinin hələ də davam etdiyini bildirib. O, Zəhranın polis bölməsinə gətirilərkən hələ də Təzəgül adlı qadıına mama deyə müraciət edib:

“O qadını heç vaxt görməmişəm. Mənə elə gəldi ki, sanki o qadın xəstə kimi idi. Polis bölməsində hətta belə bir hadisə yaşandı. Uşağı mənə təhvil verərkən həmin qadına “mama” deyə müraciət etdi. Mən məətttəl qaldım ki, bir günə uşağa necə öyrədiblər bunu”.

Bundan sonra aparıcı Zaur uşağın bəlkə də, o qadınla ilk tanışlığı deyildi deyə ehtimalını səsləndirib. Bundan sonra ekspertlər studiyada Zəhra ilə kiçik test edərək onun İQ səviyyəsinin yaşından geri qaldığını müəyyən ediblər.

Belə ki, aşıq Ulduz xanım Zəhraya: “Mən sənin “mamanam”, gəl yanıma”- deyə çağırıb və uşaq onu anası kimi tanıyaraq onun qucağına gedib. Daha sonra ondan anasını göstərməsini istəyərkən o yenidən Ulduz xanımı göstərib.

Yaxınlarda 4 yaşı olacaq Zəhranın İQ səviyyəsinin yaşından geri qaldığını, buna görə də onda mənimsəmə və tanıma duyğusunun formalaşmadığını bildirib.

"Uşağı təhvil verərkən həmin qadına "mama" deyirdi..." - İtkin düşən Zəhra Zaurun verilişində FOTO-

big.az

Daha çox xəbərlər