Cəmiyyət 

Yol polisi gecə Bakıda reydə çıxdı – VİDEO

Bakının Nəsimi rayonunda yol hərəkəti qaydalarını pozan sürücülərə qarşı reyd keçirilib.

ARANTV.AZ-ın məlumatına görə, DYPŞ əməkdaşları reyd zamanı 20-dən çox belə sürücü aşkarlayıb.

Cavadxan küçəsində keçirilən reyd zamanı avtomobildə konstruktiv dəyişiklik edən, avtoxuliqanlıq edərək nəqliyyat vasitəsini idarə edən, sürücülük vəsiqəsi olmadan avtomobil idarə edən sürücülər saxlanılaraq müvafiq qaydada cərimələniblər.

Reyd zamanı daha çox “Niva” markalı nəqliyyat vasitələrində konstruktiv dəyişikliklər edildiyi məlum olub.

Nəsimi rayon DYPŞ-nin baş inspektoru Nicat Hadıyev bildirib ki, gün ərzində davam etdirilən reyd zamanı 18 nəqliyyat vasitəsi müvafiq qaydada saxlanılaraq cərimə meydançasına aparılır. Bu cür tədbirlər mütəmadi olaraq davam etdiriləcək.

oxu.az

Daha çox xəbərlər