Lökbatanda qısqanc ər arvadını iplə boğub öldürdü, polisə təslim oldu — TƏFƏRRÜAT
ARANTV.AZ xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə keçiriləcək məhkəmə baxış iclası iyun ayının 12-nə təyin olunub.
Qeyd edək ki, cinayət işi üzrə qətlə yetirilən İmanova Ofeliya Bəhmən qızı ilə yanaşı onun tanışı Nəsirov Elvin Oqtay oğlu da zərərçəkən şəxs qismində tanınıb.
Xatırladaq ki, hadisə ötən il oktyabrın 30-da Qaradağ rayonu Lökbatan qəsəbəsi, İntiqam Nəbiyev küçəsi ev 2A ünvanında qeydə alınıb. Həmin ünvanda yaşayan, Yardımlı rayon sakini, 1961-ci il təvəllüdlü Müsəddiq Qüdrət oğlu Əliyev qısqanclıq zəminində arvadı, 1974-cü il təvəllüdlü Ofeliya İmanovanı iplə boğaraq öldürüb.
Cinayəti törədən Müsəddiq Əliyev hadisədən sonra polisə gələrək təslim olub. O, ifadəsində arvadını xəyanət üstündə qətlə yetirdiyini etiraf edib.
Onun barəsində cinayət məcəlləsinin 120.2.2-ci, yəni xuliqanlıq niyyəti ilə adam öldürmə maddəsi ilə ittiham elan olunub.
Ölkə.Az

