Dünya 

Psixiatrik xəstəxanada yanğın: 6 nəfər öldü

Odessada xəstəxanada yanğın baş verib.

ARANTV.AZ trend-ə istinadən xəbər verir ki, Ukraynanın fövqəladə hallar xidməti insident nəticəsində 6 nəfərin həlak olduğunu bildirib.

Məlumata görə, yanğın Suvorov rayonunda yerləşən 1 saylı psixiatrik xəstəxananın birmərtəbəli korpusunun damında başlayıb.

4 nəfər tüstüdən zəhərlənmə və yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Yanğının hansı səbəbdən baş verməsi məlum deyil. Faktla bağlı araşdırma başlayıb.

Daha çox xəbərlər