Cəmiyyət 

Bu metrostansiya avqustda istifadəyə veriləcək

“Bakı Metropoliteni”nin “Xətai” stansiyası bu ilin avqust ayında istifadəyə veriləcək.

ARANTV.AZ trend-ə istinadən xəbər verir ki, bunu “Bakı Metropoliteni”ni QSC-nin sədr müavini Hidayət Məmmədov deyib.

O bildirib ki, hazırda stansiyada eskalatorların sazlanma prosesi gedir:

“Artıq stansiyada yeni eskalatorların quraşdırılması baş çatıb. Biz çalışırıq ki, “Xətai” stansiyasını mümkün qədər tez sərnişinlərin istifadəsinə verək.

Tikinti-quraşdırma işləri yekunlaşmaq üzrədir. Eskalatorlar artıq quraşdırılıb. Avqust ayında stansiya yeni görkəmi ilə istifadəyə veriləcək”.

Daha çox xəbərlər