Bakıda gələn il daha bir metrostansiyanın tikintisi başa çatır
“Şərti adı “B3″ olan metro stansiyasının tikintisinin 2020-ci ildə başa çatdırılması nəzərdə tutulur”.
ARANTV.AZ trend-ə istinadən xəbər verir ki, bunu “Bakı Metropoliteni”ni QSC-nin sədr müavini Hidayət Məmmədov deyib.
Onun sözlərinə görə, hazırda həmin ərazidə təmir-tikinti işləri daha da davam etdirilir.

