Hadisə 

Vətəndaşlar avtomat və tüfəngləri polisə təhvil veriblər

Noyabrın 13-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında bir ədəd avtomat, 10 ədəd müxtəlif markalı ov tüfəngi, iki patron darağı və 14 ədəd müxtəlif çaplı patron təhvil götürüblər.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, keçirilən əməliyyat tədbirləri ilə beş ov tüfəngi aşkar edilərək götürülüb.

Daha çox xəbərlər