Siyasət 

“Yaxşı olardı ki, Avropa süni müdaxilələr etməkdənsə tərəflərin bir neytral ölkədə görüşməsi üçün çağırışlar etsin” – POLİTOLOQ

“Avropa İttifaqının Azərbaycan-Ermənistan şərti dövlət sərhədinin təyin edilməsi və təhlükəsizliyin qorunmasına dair verdiyi təkliflərə səslənən fikirlər effektiv deyil. Ümumiyyətlə tərəflər arasında konkret bir razılıq yoxdur. Düzdür sülh prosesi gedir. Bir sülh sənədi ortada var. Amma reallıq ondan ibarətdir ki, ortaq razılıq və konsepsiya əldə edilməyib. Xüsusilə sərhədlər məsələsi çox həssasdır. Çünki delimitasiya, demarkasiya, anklav, eksklav və kommunikasiya xətlərinin açılması aktual olaraq qalmaqdadır”.

Bu sözləri BiG.AZ-a açıqlamasında politoloq Turan Rzayev deyib. Politoloq bildirib ki, bütün problemlərin qaldığı və hələki həll edilmədiyi bir zamanda Avropa İttifaqının şərti sərhədlərin monitorinqi ilə bağlı fikirlər səsləndirməsi yalnız və yalnız tərəflər arasında qıcıq yarada bilər:

“Bu məsələlər kənar müdaxilələr olmadan, neytral bölgədə tərəflər arasında qarşılıqlı müzakirə edilib həll edilməli olan məsələlərdir. Xaricində irəli sürülən ehtimal təkliflər, vasitəçilik missiyaları effektiv olmayacaq. Yaxın tarix və təcrübə göstərir ki, bu belədir. Hesab edirəm, indiki məqamda Avropa İttifaqının əsas niyyəti Ermənistanda hərbi kontingent yaratmaq, bu kontingentdə Rusiyadan Azərbaycana qarşı istifadə etməkdir”.

Turan Rzayevin sözlərinə görə, Ümumiyyətlə Azərbaycan ilə bağlı məsələyə Avropanın yanaşması birmənalı deyil:

“Xüsusilə son zamanlar Azərbaycanın guya Ermənistanın cənub ərazilərinə işğal etmək niyyəti olduğuna dair sərsəm və heç bir arqumental əsası olmayan fikirlər yayılır. Halbuki Azərbaycan ordusunda belə bir aktivlik yoxdur. Rəsmi Bakı buna dair heç bir siyasi və əməli hərəkətləri baş verməyib. Bu baxımdan deyə bilərik ki, indiki məqamda bu və digər təklif tərəflər arasında gərginlik prosesinin uzanmasına, hətta bir müddət kəsilməsinə gətirib çıxara bilər. Yaxşı olardı ki, Avropa bu məsələyə süni müdaxilələr etməkdənsə tərəflərin bir neytral ölkədə görüşməsi üçün çağırışlar etsin”.

Daha çox xəbərlər