Türkiyəli professor: “Azərbaycan Afrika ölkələrinin müstəqilliyini fəal şəkildə dəstəkləyir”
“Azərbaycan Afrika ölkələrinin müstəqilliyini fəal şəkildə dəstəkləyir”.
“Report” xəbər verir ki, bunu Ankara Universitetinin professoru Can Umut Çiner Bakıda “Dekolonizasiya: Qadınların hüquqlarının və imkanlarının genişləndirilməsi” mövzusunda keçirilən beynəlxalq konfransda deyib.
Onun sözlərinə görə, Azərbaycanın müstəqilliklə bağlı prinsipləri Qoşulmama Hərəkatının prinsipləri ilə üst-üstə düşür:
“Hərəkat Afrikanı prioritet hesab edir”.