62 yaşlı kişi çayda boğuldu
Meyit sakinlər tərəfindən çaydan çıxarılıb.
İmişli rayonunun Otuz ikilər kənd sakini 1957-ci il təvəllüdlü Balayev Arazxan İnşallah oğlu çayda çimərkən boğularaq ölüb.
Meyit sakinlər tərəfindən çaydan çıxarılıb. A.Balayevin cəsədi aidiyyəti üzrə ekspertizaya göndərilib.
Faktla bağlı hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən araşdırma aparılır.

