SON DƏQİQƏ! Bakıda yaşayış binasında yanğın – FHN hadisə yerindədir -VİDEO
Paytaxtın “Azadlıq” prospektində yerləşən yaşayış binasında yanğın baş verib.
ARANTV.AZ sfera-ya istinadən xəbər verir ki, yanğının baş verdiyi bina ABŞ səfirliyinin yaxınlığında yerləşir. Hazırda FHN-nin Yanğından Mühafizə İdarəsinin əməkdaşları hadisə yerindədir və yanğının söndürülməsinə çalışılır. Yanğın baş verən binadan sakinlərin təxliyyəsinə başlanılıb.

