Siyasət 

Qərbin qrant ikiüzlülüyü: Azərbaycana yerləşdirilən agentlər – VİDEO

“Qərb öz təsir agentlərini illər boyu Azərbaycanın müxtəlif strukturlarına yeridib”.

Bunu Baku TV-yə açıqlamasında araşdırmaçı jurnalist Elçin Alıoğlu deyib.

“Hazırda cəmiyyətin elə bir rəsmi və qeyri-rəsmi təşkilatı yoxdur ki, Qərb öz təsir agentlərini yeritməyə çalışmasın. Bir çox hallarda yeridib və onlar indi də fəaliyyət göstərirlər. Məsələ qrant ayrılmaqda deyil, qrant gözəl şeydir. Biz də çox istəyirik ki, Qərb bizə çoxlu qrantlar ayırsın. Amma niyə bu qrantların hamısı cəmiyyətin həssas təbəqəsi adlandırılan şəxslərdə narazılıqların artırılmasına yönəlib? Bəli, Azərbaycanda korrupsiya, məmur özbaşınalıqları var. Məsələ burasındadır ki, bu problemlərin kompleks həllində Azərbaycana yardım edilir, yoxsa problemləri yaradanlara dəstək olunur?”, – deyə o vurğulayıb.

Ətraflı Baku TV-nin süjetində:

Daha çox xəbərlər