Cəmiyyət 

Avtomobillə vurulan şagird xəstəxanadan evə buraxılıb

Ötən gün Xırdalanda avtomobillə vurulan şagird xəstəxanadan evə buraxılıb.

ARANTV.AZ  xəbər verir ki, bu barədə Trend-ə 1 saylı Kliniki Tibbi Mərkəzdən məlumat veriblər. Bildirilib ki, şagird 2006-cı il təvəllüdlü Qurbanəliyev Qurbanəli Kərəm oğlunun xəsarətləri ciddi olmadığından bir müddət sonra evə ambulator müalicəyə buraxılıb.

Xatırladaq ki, ötən gün günorta saatlarında 2 saylı məktəbin qarşısında minik avtomobili 9 saylı məktəbin şagirdini vurub.

Daha çox xəbərlər