Region Xəbərləri 

Nailiyyətlər və çətinliklər

1980-ci illərin sonlarından 1994-cü ilin mayına kimi Azərbaycanın Dağlıq Qarabağ Muxtar Vilayətinin və 7 ətraf rayonun Ermənistanın ölkəmizə qarşı əsassız ərazi iddiaları ilə işğal edilməsi regionda uzun müddətli işğalçılıq siyasətinin hökm sürməsinə səbəb oldu. 30 ilə yaxın davam edən işğalçılıq siyasəti bütövlükdə regionun inkişafına böyük əngəllər və təhdidlər yaratdı. Azərbaycan sülhsevər və dünyəvi bir dövlət olaraq beynəlxalq münaqişələrin həlli yolu kimi müharibə variantını rədd edən prinsiplər əsasında Ermənistanla uzun müddətli sülh danışıqları apardı. Bütün bu müddət ərzində ölkəmiz münaqişənin sülh yolu ilə həllinə ümidlər bəsləsədə Ermənistan və onun havadarları münaqişənin uzadılması ilə regionda işğalıçılığın, terrorçuğun davam etdirilməsinə eyni zamanda yeni təhdilər və təxribatlara əl atmağa davam etdi. Ulu öndər Heydər Əliyev və daha sonra onun siyasi kursunun layiqli davamçısı cənab İlham Əliyev ölkəmizə rəhbərlik etməyə başladıqları gündən bu son illərə kimi işğaldan əziyyət çəkən Azərbaycanda iqtisadiyyatın və ordu quluculuğunun yüksək inkişafına nail olmağı bacardılar. Bununla da Azərbaycan regionda mövcud olan manelərə rəğmən inkişaf edib lider dövlətə çevrildi. Uzun müddətli aparılan danışıqların heç bir nəticəsi olmadı və eyni zamanda BMT Təhlükəsizlik Şurasının Qarabağ münaqişəsinin həlli ilə bağlı qəbul etdiyi hansı ki, Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarını qeyri-şərtsiz və dərhal boşaltmasını tələb edən 4 qətnamə də icra olunmadı. Ermənistan işğalıçılıq siyasətindən əl çəkmək əvəzinə beynəlxalq arenalarda ölkəmizə qarşı yeni ərazi iddilaları ilə təhdid edirdi.
Nəhayət 2020-ci il sentyabr ayının 27-də ölkəmizə qarşı törədilən növbəti təxribata əks hücümla başlanan Vətən müharibəsi Ermənistan və onun işğalçılıq siyasətinə açıqda və gizlində dəstək olan dövlətlərin istəklərini puç etdi. Onlar üçün Azərbaycanın belə bir qüdrətli dövlət olduğunu öz gücünə ərazi bütövlüyünü və həmçinin bununla da beynəlxalq qətnamələrin icrasını tək başına yerinə yetirməsi gözlənilməz oldu. Qarabağda Ermənistana məxsus 15 minə yaxın hərbçi var idi və onlar orada beynəlxalq hüquqa məhəl qoymadan yerləşdirilmişdilər. 44 gün davam edən Vətən müharibəsi ölkəmizin tarixi zəfəri ilə başa çatdı. Həmçinin Azərbaycan bu addımını BMT Nizamnaməsinin özünümüdafiə ilə bağlı 51-ci maddəsinə uyğun olaraq edib. Bu, beynəlxalq hüquqa əsasən olunub və istənilən ölkə kimi Azərbaycanın da suveren hüququ var ki, ərazisinə tam nəzarət etsin. Beləliklə Ermənistanın regionda 30 ilə yaxın davam edən işğalçılıq və terrorçuluq siyasətinə son qoyulması ölkəmizin regionda sülhün təminatçısı olduğunu bütün dünyaya nümayiş etdirdi. Bütövlükdə regionda yeni reallıqlar yarandı. Azərbaycan regiona sülhü müharibə ilə gətirib. Ölkəmiz sübut etdi ki, münaqişənin hərbi yolla həlli var. Sözügedən fakt Qafqazda lokal vəziyyətdən daha geniş şəkildə qiymətləndirilməli olan bir məsələdir. Azərbaycan regionun inkişafı üçün sülhün davamlı olmasını təhlükəsizliyin təmin edilməsinin əsas zəruri addım olduğunu hər zaman bəyan edib və bu yolda konkret adımlar atmışdır. Baxmayaraq ki uzun müddət işğala, dağıntılara, etnik təmizləməyə, soyqırıma məruz qalan və ərazisinin tamamilə dağıdılmasından əziyyət çəkən bir ölkə kimi müharibə bitəndən dərhal sonra Ermənistana sülh təklif etmişdir. Lakin bu gün də sülh prosesini gecikdirən tərəf Azərbaycan deyil, Ermənistandır. Azərbaycan sülh tərəfdarı olduğunu nümayiş etdirir. Azərbaycan sülh sazişinin prinsiplərini işləyib Ermənistana göndərdi. Sonra yenə sükut oldu və ölkəmiz bunu ictimailəşdirdi, məşhur beş prinsipi açıqladıq. Münaqişə üç il əvvəl, biz işğal olunmuş ərazilərin böyük bir hissəsini azad edəndə həll olunmuşdu. Suverenliyimizin bərpası isə, sadəcə, zaman məsələsi idi. Azərbaycan qalib ölkə kimi yenədə sülh prosesinin reallaşmasında əsas maraqlı tərəfdir. Çünki ölkəmiz öz təbii potensialından səmərəli şəkildə istifadə etməklə regionun hər tərəfli inkişafına öz töhvələrini verməkdədir. Bu gün ölkəmiz bir çox regional layihələrin icraçısıdır.
Prezident İlham Əliyevin 6 dekabr tarixində “Qarabağ 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” forumunda çıxışı bütün bu məsələlərdə dəqiq və detallı şəkildə ölkəmizin mövqeyini bir daha səsləndirilmişdir. Həmçinin işğaldan azad edilər ərazilərin ölkəmizin öz gücü hesabına yenidən bərpa edilməsi və məcburi köçkünlər üçün layiqli həyat şəraitinin yaradılması vurğulanmışdır.
Liza Cabbarova – T. İsmayılov adına şəhər 1 nömrəli tam orta məktəbin direktor müavini

Daha çox xəbərlər