Məzun gecəsində ATIŞMA: 1 ölü, 7 yaralı
ABŞ-ın Pensilvaniya ştatında, Filadelfiyada məktəblərin birində atışma baş verib.
ARANTV.AZ Trend-ə istinadən xəbər verir ki, atışma məktəbdə təşkil olunmuş məzun gecəsi zamanı olub. Məlumata görə, insident nəticəsində 1 nəfər odlu silahdan açılmış atəşdən dünyasını dəyişib.
Daha 7 nəfərin yaralandığı bildirilir. Yaralılar 15-17 yaşlarındadırlar.
Atışmanın baş vermə səbəbi hələ məlum deyil. Polis araşdırmaya başlayıb.

