Hadisə 

Qadını intim fotoları ilə şantaj edib 4 min manat aldılar – Bakıda biabırçılıq

Bakı şəhər sakini olan qadından hədə-qorxu ilə pul tələb etməkdə şübhəli bilinən şəxs tutulub.

İyunun 16-da Qaradağ RPİ-yə ərizə ilə müraciət edən Bakı şəhər sakini olan qadın 2015-ci ildən cari il iyun ayının 16-dək olan müddətdə paytaxt sakini olan tanışının onun fotoşəkillərini sosial şəbəkədə yayacağı ilə hədələyib 4000 manat pulunu almasını bildirib.

Keçirilmiş əməliyyat–axtarış tədbirləri nəticəsində hədə-qorxu ilə tələb etməkdə şübhəli bilinən M.Həmidov polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı Qaradağ RPİ-də araşdırma aparılır.

olke.az

Daha çox xəbərlər