Hadisə 

Bakıda “Prius” “Mustang”la toqquşdu: Xəsarət alan var – YENİLƏNİB + ANBAAN VİDEO

Paytaxtın Səbail rayonu Azneft dairəsində baş verən yol-nəqliyyat hadisəsi nəticəsində bir nəfər xəsarət alıb.

Bu barədə Bakı şəhər Dövlət Yol Polis İdarəsinin bölmə rəisi, polis kapitanı Toğrul Nəsirli Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, hadisə dünən axşam saat 23:45 radələrində qeydə alınıb:

“Belə ki, “Toyota Prius” markalı 77-CN-786 dövlət nömrə nişanlı nəqliyyat vasitəsi ilə “Ford Mustang” markalı 10-MO-093 dövlət nömrə nişanlı nəqliyyat vasitəsi toqquşub. Hadisə nəticəsində bir nəfər xəsarət alıb. Faktla bağlı Səbail Rayon Polis idarəsində araşdırma aparılır”.

09:52

Bakıda Azneft dairəsi istiqamətində yol-nəqliyyat hadisəsi baş verib.

ARANTV.AZ  xəbər verir ki, hadisənin anbaan videogörüntüsü sosial şəbəkələrdə paylaşılıb.

Belə ki, “Toyota Prius” markalı avtomobil “Ford Mustang” markalı maşınla toqquşub. Nəticədə hər iki nəqliyyat vasitəsinə maddi ziyan dəyib.

Həmin görüntüləri təqdim edirik:

 

Daha çox xəbərlər