Manset 

Şərəfli və məsuliyyətli peşə fəaliyyətində hər daim öndə qərarlaşan adam!

22 yanvar ARAN TV Onlayın Televiziya və Radio Yayımlarının Təsiscisi Vüsal Bayramovun Doğum Günüdür.
Vüsal Bayramov istedadlı jurnalist olmaqla yanaşı, həm də böyük vətənpərvər, əsl mübariz bir qələm sahibidir. O, media platformasında dövlət və milli maraqlarımızı hər zaman qətiyyətlə müdafiə edib, vətəninin, dövlətinin mənafeyi üçün ləyaqətlə fəaliyyət göstərərib. 44 günlük Vətən Müharibəsində Bərdəni tərk etməyən üç-beş nəfərdən biri olub. Vüsal Bayramov ailəcanlı bir insan kimi valideynlərini necə sevirsə, doğma vətəninə də o cür sevgi ilə bağlı bir insandı. Milli mənlik hər bir adamın özünün milli mənsubiyyətini dərindən dərk etməsinə imkan yaradır. Milli mənliyi olan şəxs milli həyatın heç bir hadisəsinə laqeyd qala bilməz. Vətən, torpaq məhəbbəti, millətin və xalqın qayğıları onun şəxsi istək və arzularını üstələyir, onu xalq üçün usanmadan fəaliyyət göstərməyə sövq edir. Vüsal Bayramov da məhz bu cür qələm sahiblərindən biri olmaqla ön sıralarda qərarlaşıb. Biz də «AranMedia» GROUP-un bütün kollektivi adından həmkarımız, istedadlı jurnalist Vüsal bəyi doğum günü münasibətilə təbrik edir, ona can sağlığı, çətin və məsuliyyətli peşə fəaliyyətində böyük uğurlar arzulayırıq.

Şeyda Əzizqızı
«AranMedia» GROUP-un rəhbəri

Daha çox xəbərlər