Türkiyənin İstanbul şəhərində yanğın hadisəsi qeydə alınıb.
ARANTV.AZ publika.az-a istinadən xəbər verir ki, Böyükçəkməcə səmtində fəaliyyət göstərən dördmərtəbəli tekstil və plastik əşyalar fabrikində baş verən yanğın zamanı 4 işçi ölüb.
Onların xarici vətəndaş olduğu bildirilir. Digər 20 işçi isə binanın damından çıxarılaraq xilas edilib.
Yanğına müdaxilə edən 4 yanğınsöndürən də yüngül xəsarətlər alıb.
İstanbul valiliyindən verilən açıqlamada ölənlərin şəxsiyyətinin təyin edilməsi ilə bağlı işlərin aparıldığı qeyd olunub.
Yanğının səbəbi məlum deyil.
