Gömrükdə qaz balonu əməliyyatı

Balakən Gömrük İdarəsinin “Mazımçay” gömrük postunda Türkiyə Respublikasından Azərbaycan Respublikasına idxal gömrük proseduru altında daxil olan yük avtomobili “HCVG vizual – Smiths Detection” yoxlama-baxış sistemindən keçirilib və bu zaman monitorda yük-müşayiət sənədlərində göstərilən mallarla uyğun olmayan təsvirlər görünüb.

ARANTV.AZ xəbər verir ki, Türkiyə vətəndaşının idarə etdiyi “Renoult” markalı yük nəqliyyat vasitəsinə təkrar baxış zamanı, gömrük orqanına bəyan olunmayan 63 ədəd “Freon® ;404A” markalanma yazısı olan qaz balonları aşkar olunub. Faktla bağlı araşdırma aparılır.ölkə.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir