ARANTV.AZ xəbər verir ki, Respublika üzrə ümumi təhsil müəssisələrində məktəbəhazırlıq qruplarına sənəd qəbulu başlayıb.
Ümumtəhsil müəssisələrində məktəbəhazırlıq qruplarına sənəd qəbulu elektron qaydada həyata keçiriləcək. Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan, Naftalan şəhərlərində, Abşeron, Yevlax, Samux rayonlarındakı ümumtəhsil müəssisələri üzrə sənəd qəbulu da elektron qaydada həyata keçirilir.
Məktəbəhazırlıq qrupları ölkənin bütün şəhər və rayonlarında, müvafiq maddi-texniki bazası və kadr potensialı olan məktəblərdə təşkil edilib. Məktəbəhazırlıq qruplarına 5 yaşı həmin il tamam olan uşaqlar qəbul olunur və təhsil dövlət hesabına həyata keçirilir. Qruplarda gün ərzində 3, həftədə 4 gün olmaqla 12 məşğələ keçirilir. Bir məşğələnin müddəti 30 dəqiqə, məşğələlərarası fasilə isə 10 dəqiqə müəyyənləşdirilib.
