Ötən ilin ən çox silinən tətbiqləri – Siyahı
Ötən il istifadəçilər tərəfindən ən çox silinən tətbiqlərin siyahısı açıqlanıb.
ARANTV.AZ xəbər verir ki, “TRG Datacenters”in araşdırmasına görə, siyahıda birinci yerdə instaqram qərarlaşıb. 2023-cü ildə sözügedən tətbiqi 12 milyon çox insan silib.
Xüsusilə gənclər arasında 2023-cü ilin qurbanına çevrilmiş başqa bir sosial media proqramı isə feysbukdur.
Snapçat ardıcıl olaraq ötən ilin ən çox silinmiş tətbiqləri siyahısında 3-cü yeri tutub.
Top onluqdakı sıralamada tvitter, votsap, teleqram, tiktok, viçat, yutub və feybuk mesenncer də var.

