Dünya 

Türkiyədə ağır qəza: 10 ölü, xeyli yaralı var – FOTO

Türkiyənin Ədirnə vilayətinin Yunanıstanla sərhəddə yerləşən Meriç mahalında qeyri-qanunu miqrantları daşıyan avtobus səhər saatlarında qəzaya uğrayıb.

ARANTV.AZ  publika-ya istinadən xəbər verir ki, Ədirnə valisi Əkrəm Canalp qəzada 10 nəfərin öldüyünü, 30-nun yaralandığını söyləyib.

Hadisə yerinə tibbi xidmət və jandarma qrupları cəlb edilib.

Daha çox xəbərlər