Cəmiyyət 

“Rayonlarda qızılcanın artma səbəbi…” – İnfeksionist AÇIQLADI

“Hazırda qızılca xəstəliyinin ağırlaşmaları çoxalıb, onların müalicəsi ilə məşğuluq”.

Bu fikirləri Musavat.com-a infeksionist-hepatoloq Mərdan Əliyev bildirib.

MERDAN.jpg (118 KB)

Həkim ağırlaşmaların səbəbini belə izah edib:

“Səbəb uşaqların qızılca xəstəliyinə qarşı həssas olmalarıdır. Çünki peyvənd olunmayıblar. O ki qaldı rayonlarda ağırlaşmaların və ölüm saylarının çoxluğuna, hansı regionda peyvənd olunma səviyyəsi aşağıdır, həmin yerlərdə yoluxma və ölüm çoxdur”.

Qeyd edək ki, son günlər rayonlarda qızılcadan ağırlaşmalar və ölüm halları artıb. Xüsusilə də qızılca sayında cənub bölgəsinin üstünlük təşkil etməsi diqqət çəkir.

Daha çox xəbərlər