Ailəli xanımla sevişən, arvadının rəfiqəsi ilə eşq yaşayan, qadınları ərsiz qoyan MƏŞHUR – ŞOK FAKT
“Sevdiyin adamla kasıb daxmada yaşamaq xoşbəxtlikdir” məsəlini Yelena Bulqakova sözlə deyil, öz əməli ilə sübut edib. O, varlı ərindən və təmin olunmuş həyatından imtina edərək özünü tamamilə dahi yazıçı Mixail Bulqakovun problem və qayğılarına həsr edib.
Rus yazıçı, dramaturq, teatr rejissoru və aktyor – Mixail Bulqakovun çox qəribə adətləri vardı. Onlardan biri, insanları müşahidə etmək həvəsi idi. Bunun üçün o, restoranlarda nahar etməyi xüsusilə ilə sevirdi. Orada, müəllif özü üçün maraqlı bir insan tapır, uzun müddət izləyir, onun kim olduğunu və adi həyatda nə ilə məşğul olduğunu anlamağa çalışırdı. Ətrafdakı insanlarda elə təəssürat yaranırdı ki, Bulqakov başqalarına naməlum olan hər şeyi bütünlüklə görə və onları çözə bilirdi. Yelena Şilovskaya ilə tanış olanda da Mixail Afanasyeviç ilk baxışdan anlamışdı ki, onun qarşısında adi qadın deyil, taleyi dayanıb… 1932-ci ilin 4 oktyabrında onlar qanuni ər-arvad olub, amma məşhur cütlük ailə səadətini başqalarının bədbəxtliyi üzərində inşa edib. Mixail Afanasyeviç Yelena ilə görüşənədək iki dəfə evli olub.

