Region Xəbərləri 

Milli qəhrəmanların tanıdılması məqsədilə təlim gerçəkləşdirilib

Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı və “Laçın ” Qaçqın   və məcburi köçkünlərə dayaq İctimai Birliyinin təşkilatçılığı  ilə “Milli qəhrəmanların tanıdılması məqsədilə maarifləndirmə işinin aparılması” layihəsi çərçivəsində  18 iyul 2019- cu il tarixində təlim gerçəkləşdirilib.

Arantv.az xəbər verir ki, əsas məqsəd gənclərdə vətənpərvərlik ruhunun aşılanması və milli qəhrəmanların tanıdılması idi. Tədbirlər zamanı Qarabağ müharibəsində həlak olmuş, Vətən uğrunda canından keçən qəhrəmanlar haqqında geniş informasiya verilmişdir. Bildirilmişdir ki, Vətənən keşiyində durmaq, ona laiqli övlad olmaq hər bir gəncin borcudur. Tədbirin sonunda gənclərə milli qəhrəmanlar haqqında bəs edən bukletlər paylanılmışdır.

Daha çox xəbərlər