DƏHŞƏT: İNTİHAR etmək üçün məscidin minarəsinə qalxdı və …
Məscidə qalxaraq intihar etmək istəyən şəxs huşunu itirib.
ARANTV.AZ bildirir ki, hadisə Türkiyənin Pamukkale bölgəsində baş verib.
İddiaya görə, psixoloji problemi olan şəxs məscidin minarəsinə qalxaraq intihara cəhd edib. Onu görən ətrafdakı insanlar dərhal polisə məlumat verib. Hadisə yerinə cəlb olunan xilasetmə qrupları aşağıda hava yastığı açaraq kişini ölümdən xilas etməyə çalışıblar.
Polislərin onu intihar etməkdən çəkindiməyə çalışdığı zamanda isə kişi huşunu itirib. İlkin tibbi yardım göstərildikdən sonra kişi xəstəxanaya çatdırılıb.

Sonxeber.az

