Hadisə 

Hacıqabulda faciəvi hadisə – ÖLƏN VAR

Hacıqabulda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

ARANTV.AZ  xəbər verir ki, hadisə ötən gecə rayonun Muğan qəsəbəsi ərazisində qeydə alınıb. Belə ki, əslən Gürcüstandan olub Bakıda yaşayan 1960-cı il təvəllüdlü Kazımov Elman Camal oğlunu minik avtomobil vurub.

Müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan piyada Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb.

Həkimlərin səyinə baxmayaraq E. Kazımov xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.big.az

Daha çox xəbərlər