Cəmiyyət 

Qubada yaralı cüyür xilas edildi – FOTO

Qubada sakinlər yaralı cüyürü xilas ediblər.

ARANTV.AZ  oxu.az-a istinadən xəbər verir ki, yaralı cüyür Qubanın Qəçrəş meşəliyində yerləşən istirahət mərkəzinin yaxınlığında aşkarlanıb.

İstirahət mərkəzinin əməkdaşları hadisə barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yerli qurumuna məlumat veriblər.

Əraziyə gələn mütəxəssislər cüyürü tutduqdan sonra Xızı rayonunun Altıağac qəsəbəsində yerləşən Vəhşi Təbiətin Bərpası Mərkəzi və Reabilitasiya Klinikasına aparıblar.

Yaralı cüyür tam müalicə olunduqdan sonra təbiətə buraxılacaq.

Qubada yaralı cüyür xilas edildi - FOTO

Qubada yaralı cüyür xilas edildi - FOTO

Qubada yaralı cüyür xilas edildi - FOTO

Qubada yaralı cüyür xilas edildi - FOTO

Daha çox xəbərlər