Bərdənin Olimpiya Kompleksinin qarşısında piyadaların həyatı üçün təhlükə var-Video
Burada yol hərəkətinin təhlükəsizliyi təmin edilmir Bərdə şəhərinin Olimpiya Kompleksinin qarşısındakı magistral yolda insan həyatı üçün hər an təhlükə var.ARANTV.AZ xəbər verir ki, Buradan keçən magistral yolun qarşı tərəfinə keçmək , necə deyərlər, ölümə salam vermək kimidir. Şütüyən maşınlar elə sürətlə hərəkət edirlər ki, sanki yaşayış məntəqəsini deyil, hansısa yarış meydançasındadırlar. Düzdür, yolu keçmək üçün piyadalara görə xətti zolaq çəkilib. Ancaq ki, piyadalara yol verən, sürəti azaldan, bir sözlə təhlükəsizliyə əməl edən sürücü az olur. Bərdə şəhər sakini Zahid Mikayılovu da narahat edən insanların həyatı, onların tez-tez ölümlə üz-üzə gəlmələridi. Zahid Mikayılov bildirib ki, olimpiya kompleksinin qarşısı nəqliyyatın ən çox hərəkət etdiyi ərazidir.” Məsələ burasındadır ki, buradakı nəqliyyatın hərəkəti avtomobil yolundan çox formula yarışlarına oxşuyur.Maşınları yüksək sürətlə idarə edirlər. Hansı ki, burada işıqfor olmalıdır.Təhlükəsizlik kameraları yerləşdirilməlidir. Sürəti göstərən lövhə yerləşdirilməlidir.Təəssüflər olsun ki, bunların heç biri yoxdur.Gəlib,gedən gənclərin həyatı təhlükə qarşısında qalır. Məsələ ilə bağlı aidiyyatı orqanlara müraciət eləsəmdə bildirilib ki, Sizin tələblərinizi yerinə yetirmək mümkün deyil.”-deyə Zahid Mikayılov bildirib Zahid Mikayılov əlavə edib ki, ən yaxşı halda görülən tədbir piyada zolağını ağ rənglə boyamaq olur.Onu da ki, sürücülər sürətlə hərəkət edərək gözləmirlər. Həmsöhbətimiz Daxili İşlər Nazirliyinə müraciət etdiyini, Baş Dövlət Yol Polisinin verdiyi cavabdan narazı qaldığını bildirib. Verilən cavab isə yaranmış təhlükənin aradan qaldırılmasına yox, gənclərin həyatına laqeyid münasibəti özündə əks etdirir.


