Mübariz Qurbanlı bayram münasibətilə vətəndaşları təbrik etdi
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Qurban bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib.
ARANTV.AZ bildirir ki, sosial şəbəkə hesabından etdiyi paylaşımla vətəndaşları təbrik edən komitə sədri xalqımıza ən səmimi arzularını diləyib.
Təbrik paylaşımında deyilir:
“Əziz dostlar, Sizi bərabərlik, mərhəmət və xeyirxahlıq kimi yüksək əxlaqi hisslər aşılayan müqəddəs Qurban bayramı münasibətilə ürəkdən təbrik edirəm. Hər birinizə möhkəm cansağlığı, ailə səadəti və işlərinizdə uğurlar arzulayıram. Bayramınız mübarək!”Metbuat.az

