Siyasət 

Bəhreyn kralı Prezident İlham Əliyevi təbrik edib

Bəhreynin Kralı Həməd bin İsa Al Xəlifə Azərbaycan Prezidenti İlham Əliyevə məktub göndərib.

 

AZƏRTAC xəbər verir ki, təbrik

məktubunda deyilir:

 

“Dost ölkənizin Müstəqillik Günü münasibətilə Bəhreyn Krallığının xalqı və hökuməti adından və öz adımdan Zati-alinizə səmimi təbriklərimizi və ən xoş arzularımızı çatdırmaqdan məmnunluq duyuruq.

 

Sizə möhkəm cansağlığı və xoşbəxtlik, Azərbaycan xalqına isə tərəqqi və firavanlıq arzulayırıq. Zati-alinizə ən yüksək ehtiramımızı bildiririk”.

Daha çox xəbərlər