Bakıda DƏHŞƏT: Motosiklet avtobusla toqquşdu – xəsarət alan VAR
Bakının Nəsimi rayonunda motosikletlə sərnişin avtobusu toqquşub.
Avtoqəza 28 May küçəsində qeydə alınıb.
30 saylı xətt marşrutu üzrə hərəkət edən “Daewoo” markalı sərnişin avtobusunun motosikletlə toqquşması nəticəsində sonuncunun sürücüsü Hüseyn Həsənov xəsarət alıb. Yaralı xəstəxanaya yerləşdirilib.
Qəza ilə bağlı araşdırmalar aparılır. (APA)

