Gündəm 

Dönüş nöqtəsi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev deyib: “Müstəqilliyimizin tarixində 1993-cü il müstəsna əhəmiyyətə malikdir. O zaman, mürəkkəb durumda xalqımız çox müdrik və tarixi bir seçim etmiş, Heydər Əliyevi ölkənin Prezidenti seçmişdir. Böyük nüfuza və şöhrətə malik olan bu siyasi xadim Azərbaycanda inkişafın təməlini qoymuşdur”.Belə ki Tariximizə faciə və tənəzzül dövrü kimi daxil olan 1990-1993-cü illərdə Azərbaycan məqsədli şəkildə xaos, anarxiya girdabına, vətəndaş qarşıdurmasına sürüklənirdi. Regionda strateji marağı olan güc mərkəzləri tərəfindən ölkəmizin parçalanması planı artıq çoxdan cızılmışdı. 

Bu həlledici mərhələdə tarixə Milli Qurtuluş Günü kimi daxil olmuş əlamətdar hadisə baş verməsəydi, xalqın istəyi və tələbi ilə 1993-cü il iyunun 15-də Ulu Öndərimizin hakimiyyətə qayıdışı gerçəkləşməsəydi, indi biz müstəqil, qüdrətli, hər zaman tərəqqi edən, yeniləşən və demokratikləşən Azərbaycan dövlətindən danışa bilməzdik.1993-2003-cü illər ölkəmizdə sabitlik  və inkişaf ili kimi xatırlanır.Çünki məhz o illərdə dövlətçiliyimizin əsasları qoyulub və Azərbaycan dövləti qurulub.  Ümummilli Liderimizin siyasi hakimiyyətə qayıdışı ilə ölkəmizdəki özbaşınalığa, anarxiyaya, xaosa son qoyuldu.Ölkə iqtisadiyyatında tənəzzül prosesinin qarşısı alındı,elmi əsəslara söykənən sosial-iqtisadi inkişaf strategiyası quruldu.İnfilyasiyanın səviyyəsi aşağı endi,büdcə normallaşmağa başladı.

”Əsrin müqaviləsi”nin imzalanması Azərbaycanın tarixində xüsusi yerə malikdir.Bu müqavilə ilə yerli və xarici investorların ölkəyə cəlb olunması porsesinin əsası qoyuldu. Bu müqavilə ölkəmiz üçün böyük əhəmiyyətə malik Bakı-Tbilisi-Ceyhan,Bak- Tbilisi-Ərzurum neft və qaz kəmərlərinin çəkilməsinə təkan verdi. Neft-qaz sektoru iqtisadiyyatın digər sahələrinin inkişafında lokomotiv rolunu oynadı.İqtisadiyyatın bütün sahələri sürətlə inkişaf etməyə başladı,sabitlik və dinamik iqtisadi inkişaf dövrü başladı.
Qlobal maliyyə-iqtisadi böhran nəticəsində dünyanın aparıcı ölkələrində baş vermiş iqtisadi böhranların olmasına baxmayaraq,bu proseslər Azərbaycandan yan keçdi.Əksinə Azərbaycanda iqtisadi sabitlik,artım,yoxsulluğun və işsizliyin azadılması ,maddi rifahın yüksəldilməsi uğurla davam etdi.  Azərbaycan 2009-cu ildə iqtisadiyyatın real artım tempinə görə region ölkələr arasında liderliyə yüksəldi.Təkcə bunla kifayətlənməyib dünya miqyasında da yüksək pillədə qərarlaşdı.
Heydər Əliyev tərəfindən əsası qoyulmuş milli iqtisadi inkişaf modeli fundamental prinsiplər üzərində qurulub.Bu prinsiplər ölkənin malik olduğu zəngin resurslardan səmərəli istifadə edilməsi,Azərbaycanın dünya iqtisadi sisteminə səmərəli inteqrasiya edilməsi,son nəticədə ölkənin iqtisadi,siyasi,mənəvi,sosial inkişafına xidmət edən prioritet istiqamətlərdən ibarət olmuşdur.

Azərbaycan Respublikasi Prezidenti İlham Əliyev də bu siyasəti uğurla davam etdirərək 22iyul 2022-ci ildə “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın təsdiq edilməsi haqqında sərəncam imzalanmışdır.Ölkə prezidentinin həyata keçirdiyi məqsədyönlü sosial-iqtisadi siyasəti insan kapitalının inkişafına,ölkədə yoxsulluğun azaldılmasına və işsizliyin minimuma endirilməsinə və nəticədə əhalinin həyat səviyyəsinin davamlı olaraq yüksəldilməsinə xidmət edir.Ölkəmizin daha da güclənəcəyinə şübhə yoxdur.

Ü. Mustafayeva,
YAP Xətai rayon təşkilatının “Q.Nəbi 6A” ünvanı üzrə ərazi partiya təşkilatının üzvü

Daha çox xəbərlər