Cəmiyyət 

Deputat: Qohum evliliklərini qadağan etmək beynəlxalq hüquq səviyyəsində problemlər yarada bilər

Qohum evliliklərini qadağan etmək beynəlxalq hüquq səviyyəsində problemlər yarada bilər.

ARANTV.AZ xəbər verir ki, bunu Milli Məclisin deputatı Rəşad Mahmudov parlamentin Ailə, qadın və uşaq məsələləri komitəsinin iyunun 11-də keçirlən iclasında deyib.

Onun sözlərinə görə, Ailə Məcəlləsinə qohum evlilikliləri ilə dəyişiklik əmi və bibi uşaqlarının evlənməsini qadağan edirsə, burada dini məsələlər, milli dəyərlərimiz və insanların hüquq və azadlıqları iki qütbə ayrılır: “Bu cür evlilikləri qadağan etmək bəlkə də beynəlxalq hüquq səviyyəsində suallar, problemlər yarada bilər. Düşünürəm ki, bu məsələdə insanları maarifləndirməklə prosesə mane ola bilərik. Əks təqdirdə, bu fikrə qarşı gələnlərin, alternativ yollar axtaranların sayı artacaq”.

Daha çox xəbərlər