Cəmiyyət 

Qoyundan başqa hansı heyvanlar qurbanlıq kimi kəsilə bilər?

Hər il Qurban bayramında müsəlmanlar qurban kəsirlər. Ölkəmizdə əsasən qoyuna qurbanlıq heyvan kimi üstünlük verilir. Bəs İslam dinində qoyundan başqa hansı heyvanlar qurbanlıq kimi kəsilə bilər?

İlahiyyatçı Ağaseyid Yaqubov BiG.AZ-a bildirib ki, inək, öküz, qoyun, keçi, dəvə İslamda qurbanlıq heyvanlar kimi qəbul olunub.Camışı da qurbanlıq kimi kəsmək olar.Xırdabuynuzlu heyvanı ailə başçısı öz ailəsi üçün ehsan olaraq qurban kəsə bilər:

“Qurban bayramı İslam dinində 2 böyük bayramdan biridir. Qurban bayramında müəyyən olunmuş heyvanlar kəsilir. İnək, öküz, qoyun, keçi, dəvə İslamda qurbanlıq heyvanlar kimi qəbul olunmuşdur. Əsasən Həcc ziyarətində olanlar qurbanlığı vacib olaraq kəsir. Həcc ziyarəti xaric kəsilən qurbanlar Qurban bayramı hörmətinə müstəhəb əməl kimi ehtiva olunur. Qurban bayramını ona görə qeyd edilir ki, insanlar bir-birləri ilə bölüşsünlər, imkanı olanlar imkansızlarla qurban əti paylaşsın və insanlar evlərində süfrə açıb övladları ilə bayram ab-havası yaşasınlar.
Ölkəmizdə əsasən qoyun və iribuynuzlu öküz qurbanlıq olaraq kəsilir. Camışı da qurbanlıq kimi kəsmək olar. Qoyunun bir yaşı olmalıdır. İribuynuzlu heyvanın isə 2 yaşı olmalıdır. Xırdabuynuzlu heyvanı ailə başçısı öz ailəsi üçün ehsan olaraq qurban kəsə bilər. Əsasən qurban heyvanını 3 hissəyə bölürlər. Bir hissəsini kəsən insan özü üçün götürür, digər hissəsini qohumlarına, digərini isə kasıblara paylayır. İribuynuzlu heyvanı bir neçə nəfər, qohumlar, qonşular birləşib kəsə bilər. Onu aralarında bölüb öz paylarından kasıblara və qohumlara da verə bilərlər”.

Daha çox xəbərlər