Cəmiyyət 

Daşkəsən İcra Hakimiyyətində əməliyyat keçirilib, saxlanılanlar var

Daşkəsən rayon İcra Hakimiyyətində vəzifəli şəxslər saxlanılıb.

ARANTV.AZ  xəbər verir ki, Daşkəsən Rayon İcra Hakimiyyətində keçirilən əməliyyat zamanı memarlıq və tikinti şöbəsinin müdiri Elman Məmmədov və ümumi şöbənin işçisi Yaqub Bayramov saxlanılıb.

Hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyatla həmin şəxslərin korrupsiya cinayətlərində şübhəli bilindikləri iddia olunur.

Faktı Daşkəsən rayon İcra Hakimiyyətindən APA-ya təsdiqləyiblər.

Daha çox xəbərlər