Hadisə 

Sabirabadda ağır qəza – 2 ölü, 4 yaralı

Sabirabad rayonunun Nərimankənd kəndində ölümlə nəticələnən yol qəzası baş verib.

ARANTV.AZ  APA-ya istinadən xəbər verir ki, “Kia” və “QAZ-24” markalı avtomobillər toqquşub. Nəticədə “QAZ-24”-ün sürücüsü, Sabirabad rayonunun Soltanabad kənd sakini, 1972-ci il təvəllüdlü Bağırov Vüqar Səfər oğlu və “Kia”-nın sərnişinlərindən biri həlak olub. “Kia”-nın sürücüsü, İmişli rayonunu Kürdmahmudlu kənd sakini, 1955-ci il təvəllüdlü Xudiyev Əlibrahim Əliş oğlu də digər sərnişinlər yaralanıblar.

Xəsarət alanlardan ikisi Sabirabad Rayon Mərkəzi Xəstəxanasına, digər ikisi isə Şirvan Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Yol qəzasının təfərrüatları araşdırılır.

  • Sabirabadda ağır qəza -2 ölü, 4 yaralı
  • Sabirabadda ağır qəza -2 ölü, 4 yaralı
  • Sabirabadda ağır qəza -2 ölü, 4 yaralı
  • Sabirabadda ağır qəza -2 ölü, 4 yaralı

Daha çox xəbərlər