Yüksək vəzifəli məmurun intiharı ilə bağlı YENİ FAKTLAR – TƏFƏRRÜAT
Zaqatala Rayon Məşğulluq Mərkəzinin direktoru 39 yaşlı Musa Feyzullayevin intiharı ilə bağlı bəzi məqamlar üzə çıxıb.
ARANTV.AZ xəbər verir ki, ilkin araşdırmalar nəticəsində məlum olub ki, əslən Qax rayonundan olan M.Feyzullayev dünən gecə saatlarında Qax şəhərinin Cəfər Cabbarlı küçəsində yerləşən ata evinin həyətində özünü öldürüb.
Özünü asan mərkəz direktorunun meyitini anası aşkarlayıb. Hadisə vaxtı M.Feyzullayevin atası və bacısı da evdə olub.
Ailəli olan M.Feyzullayevin konkret hansı səbəbdən intihar etməsi hələlik məlum deyil.
Faktla bağlı Qax rayon Prokurorluğunda cinayət işi açılıb.
Qeyd edək ki, iş yerində və cəmiyyətdə M.Feyzullayev müsbət xarakterli, sakit təbiətli şəxs kimi tanınıb.
Araşdırmalar davam etdirilir.Publika.az

