Gündəm 

Münasibətlərimizin əsası xalqlarımızın əsrlərlər əvvələ təsadüf edən qardaşlığına əsaslanır

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 11-də Pakistan İslam Respublikasında dəvət səfərində olmuşdur. Səfər müddətində iki dövlət arasında bir sıra mühüm sənədlər imzalanmışdır. İslamabadda dövlət səfəri zamanı Azərbaycan Respublikası Prezidenti İlham Əliyev mətbuata bəyanatla çıxış etmişdir. Prezident İlham Əliyev bəyanatında bildirdi ki, Pakistan, ölkəmizin sıx dostluq və qardaşlıq əlaqələri qurduğu, qarşılıqlı münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmiş ölkələrdən biridir. Hər iki ölkə həm ikitərəfli, həm də çoxtərəfli platformalarda bir-birinə daim dəstək göstərir və əlaqələrimiz bütün sahələrdə sürətlə inkişaf edir. Pakistan Azərbaycan Respublikasının müstəqilliyini ilk tanıyan dövlətlərdən biri olmuşdur. İki ölkə arasında diplomatik əlaqələr 1992-ci il iyunun 9-da qurulmuşdur.

Həmin dövrdən sonra iki ölkə arasında əlaqələr daim inkişaf etdirilib və bu günkü strateji müttəfiqlik səviyyəsinə yüksəlmişdir. İki ölkə arasında təmaslar və qarşılıqlı səfərlər Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 1994-cü ilin dekabrında Kasablankada Pakistanın o vaxtkı Baş naziri Benazir Bhutto ilə görüşündən sonra başlamışdır. Bu görüşlə ikitərəfli münasibətlər yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. Prezident İlham Əliyev Pakistanla əlaqələrin inkişafına xüsusi önəm verir və ölkənin ali siyasi rəhbərliyi ilə qarşılıqlı inam və etimada əsaslanan yüksək səviyyəli münasibətlər saxlayır.

Prezident İlham Əliyev çıxışında bildirdi ki, Pakistanın İkinci Qarabağ müharibəsi zamanı həmişə Azərbaycanı dəstəkləmişdir. 2020-ci ilin noyabrında Qələbənin qeyd edilərkən, xalqın əlində Azərbaycan, Pakistan və Türkiyənin bayraqları var idi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bəyanatla çıxışında bildirmişdir: “Bizim qardaşlığımız xalqlarımızın əsrlərlə bundan əvvəl təsadüf edən, bir-birinə olan dərin hisslərinə əsaslanır. Azərbaycana gələn pakistanlıların sayı son illər ərzində daha da artıb və biz Bakı-İslamabad, Bakı-Kəraçi, Bakı-Lahor arasında birbaşa uçuşları artıq müzakirə etdik. Bir sözlə, Pakistandan gələn insanlar İçərişəhəri ziyarət edəndə və Karvansaranı görəndə onu “Multan” adlandırırlar. Beləliklə, onlar bizim əsrlər boyu bir-birimizə necə bağlı olduğumuzu anlayırlar. Həqiqətən, bu bağlantı böyük sərvətdir.”

Lalə Babayeva,
YAP Xətai rayon təşkilatının “General Şıxlinski 56/2” ünvanı ərazi partiya təşkilatının üzvü

Daha çox xəbərlər