Region Xəbərləri 

22 İyul Milli Mətbuat Günü ilə əlaqədar tədbir keçirilib VİDEO FOTO

Tədbirdə Bərdə Rayon Mərkəzi Xəstəxanasının direktoru Vüsal Məmmədov, direktorun terapevtik xidmətlər üzrə müavini Loğman Abbasov, direktorun cərrahi xidmətlər üzrə müavini Yamən Cəfərov, media nümayəndələri, şəhid ailələri, fəal gənclər, rayon ictimaiyyətinin digər təbəqələri və bir sıra tibb personalı iştirak ediblər.
Tədbirin açılışı zamanı şəhidlərin xatirələri bir dəqiqəlik sükutla yad edilib və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbirdə məruzəçi qismində direktor Vüsal Məmmədov çıxış edərək “ Bərdə Rayon Mərkəzi Xəstəxanasının dünəni, bu günü və sabahı“ mövzusunda çıxış edib. Vüsal Məmmədov son 2 il ərzində görülmüş bərpa və quruculuq, ilkin səhiyyə xidmətinin, cərrahi xidmətin, doğum evi xidmətinin təkmilləşdirilməsi, bu sahələrdə aparılan yeniliklər, digər qurumlarda mütəmadi icra olunan müxtəlif sanitar maarif işləri, dispanserizasiya, Xankəndi şəhər xəstəxanasında göstərilən tibbi xidmət, statistik məlumatlar, yeni laboratoriyanın qurulması və bir çox yeniliklər barəsində məlumat verərək , bundan sonrakı Bərdə Rayon Mərkəzi Xəstəxanasının hədəfləri və nəzərdə tutulmuş yeniliklər barəsində tədbir iştirakçılarını geniş məlumat verib. Vüsal Məmmədov daha sonra Azərbaycanın görkəmli şəxsiyyətləri Həsən Bəy Zərdabi, Əli Bəy Hüseynzadə və Əlimərdan Bəy Topçubaşov haqqında danışıb, onların Azərbaycan tarixindəki dərin izi haqqında ətraflı məlumat verib.
Tədbirin sonunda media nümayəndələrinin sualları cavablandırılıb və xatirə şəkli çəkdirilib.
https://www.youtube.com/watch?v=4viWdbVccts

Daha çox xəbərlər