Cəmiyyət 

“E-sosial” portalının 1,6 milyona yaxın aktiv istifadəçisi var

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin e-sosial.az internet portalında qeydiyyatdan keçən aktiv istifadəçilərin sayı 1,6 milyona yaxındır.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, ölkənin sosial reyestri olan həmin portal 2019-cu ildə istifadəyə verilib. Vətəndaşlar onlara dair toplanmış bütün sosial məlumatlara (əmək müqaviləsi, fərdi uçot, pensiya kapitalı, sosial təminat və s. üzrə) e-sosial.az internet portal vasitəsilə çıxış imkanına malikdir.

Portal, həmçinin yaranan sosial-əmək hüquqlarının təminatına nəzarət, eləcə də pensiya, müavinət, təqaüd, əlillik, reabilitasiya, məşğulluq, iş yeri və s. barədə 30-dan çox növdə elektron arayış əldə etmək imkanı da verir.

Bu ilin ötən dövründə portaldan 3 milyon 356 min dəfə istifadə olunub.

Daha çox xəbərlər