Cəmiyyət 

Qarpızları kanala tökən şəxslə bağlı RƏSMİ AÇIQLAMA – “İzləyici toplamaq üçün edib”

Bərdə rayonunda qarpızın kanala atılması ilə bağlı paylaşılan görüntülərin təfərrüatı məlum olub.

ARANTV.AZ “oxu.az”-a istinadən xəbər verir ki, Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, vətəndaşın qarpızların satılmaması ilə bağlı paylaşdığı video sosial şəbəkələrdə izləyici toplamaq məqsədilə çəkilib:

O da məlum olub ki, vətəndaş elə həmin gün 11 tondan artıq məhsulunu bazar dəyərində satıb.

Kanala atılan məhsullar isə satış üçün yararlı olmayıb”.

Daha çox xəbərlər