Azərbaycanlı alimdən “Meymun çiçəyi” ilə bağlı şok AÇIQLAMA
“Meymun çiçəyi” virusunun Azərbaycanda yayılma ehtimalı yoxdur. Bu virusun hələ iki əvvəl geniş elmi təhlilini vermiş, xüsusi təhlükəli infeksiyalara aid olmadığını bildirmişəm”.
ARANTV.AZ xəbər verir ki, bunu ATU-nun farmakologiya kafedrasının müdiri, professor Musa Qəniyev deyib.
Azərbaycanlı alim problemin yenidən gündəmə gətirildiyini nəzərə alaraq, bu məsələyə şərh verib:
“Meymun çiçəyi” virusu “orthopoxvirus”lar ailəsinin insanlara yoluxa bilən 4 növündən biridir. Onun “Qərbi Afrika” və “Mərkəzi Afrika” kimi, potensial fəal iki ştammı mövcuddur. Viruslar bazasında AF 380138 sırası ilə qeydə alınmış 196858 cüt nukleotiddən ibarətdir. Bu ştammların homoloji genom ardıcıllığı 99,83% nisbətində eynidir. Yəni virulentliklərində nisbi fərqlilik olsa da, eyni- identik ştammlar hesab olunur.
Meymun çiçəyi virusunun insanlardan 26 il fasilə ilə alınmış genom quruluşunun (DNT) tədqiqi aqressivliyə səbəb olan mutatik dəyişikliyin baş vermədiyini, hətta makroorqanizm zülalının modulyasiyasını törədən bəzi genlərin yoxluğunu, yəni virusun kontaqiozluq və bioloji fəallığının enən xətt üzrə, zəiflədiyini təsdiq edir.
Müqayisəli təhlil, Mərkəzi Afrika ştammında tamamlayıcı fiksasiya zülalını kodlayan genin qısaldığını, Qərbi Afrika ştammında isə, bu genin olmadığını sübut edir. Digər tərəfdən, “Mərkəzi Afrika” ştammında interferona dözümlülük göstərən elF-2а-ni kodlayan ОРТ C3L qeni inaktiv, Qərbi Afrika ştammında isə, supressiv vəziyyətdədir. Sonuncuda, interferona dözümlülük göstərən DAI-kinasanı kodlayan ОРТ F3L geni də qısalıb. Bu genom dəyişikliyi Meymun çiçəyi virusunun virogen fəallığının adi fəsli infeksiyalardan belə yüksək olmadığını təsdiq edir. Bu virusun hətta yayıldığı endemik ocaqlarda, mütləq yoluxma əmsalı hazırda 1/10000 faiz nisbətində olduğundan, onun lokal ocaqlarda belə epidemiya ehtimalı nisbidir. Ölkəmizdə isə belə bir ehtimal ümumiyyətlə, yoxdur.Bununla, “Meymun çiçəyi” virusu haqqında deyilən və nəyinsə xatirinə yazılanlara birdəfəlik və son nöqtəni qoyuram”.