Hacıqabulda mikroavtobus qəzası – 8 yaralı
Hacıqabul rayonunda mikroavtobus qəzaya uğrayıb.
ARANTV.AZ teleqraf.com-a istinadən xəbər verir ki, Bakı-Qazax magistral yolunun Muğanla Xilə kəndi arasından keçən hissəsində qeydə alınıb.
Şahidlərin dediyinə görə, mikroavtobusun qəzaya uğraması nəticəsində azı 8 nəfərin xəsarət alıb. Hadisə yerinə Şirvan və Hacıqabul “təcili yardım” maşınları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.

