Millətlər Liqası: Azərbaycan səfərdə Slovakiyaya məğlub olduVİDEOYENİLƏNİB
Azərbaycan yığması UEFA Millətlər Liqasınının oyununda Slovakiyaya məğlub olub.
Musavat.com-un məlumatına görə, Fernandu Santuşun baş məşqçisi olduğu kollektiv səfərdə rəqibindən 2 cavabsız qol buraxıb.
Koşitse şəhərindəki “Koşitse Futbol Arenası”nda keçirilən qarşılaşmanın 22-ci dəqiqəsində Ondrey Duda, 4 dəqiqə sonrasında isə David Strelets fərqlənib.
Qeyd edək ki, milli komandamız C Liqasının I qrupunun ilk görüşündə İsveçə 1:3 hesabı ilə uduzmuşdu.
***
20:00
Azərbaycan yığması UEFA Millətlər Liqasında növbəti oyununa çıxır.
ARANTV.AZ xəbər verir ki, Fernandu Santuşun baş məşqçisi olduğu kollektiv səfərdə Slovakiya yığması ilə üz-üzə gəlir.
Qarşılaşmanı polşalı FIFA referisi Damian Silvestrjak idarə edir.
Qeyd edək ki, Azərbaycan millisi Millətlər Liqasındakı ilk matçında Bakıda İsveç seçməsinə 1:3 hesabı ilə məğlub olub.